"Bavariya" zirvəni ələ keçirib - Almaniya Bundesliqası

31 Oktyabr 2020 23:47 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.

“Bavariya” “Köln”, Dortmund “Borussiya”sı isə “Arminiya” səfərinə yollanıb. Hər iki oyunda qonaqlar qələbəyə sevinib.

Lider “Leyptsiq” bu turda Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların məğlubiyyəti ilə başa çatıb.

“Ayntraxt” – “Verder” matçında qalib müəyyənləşməyib. “Auqsburq” isə “Maynts”ı məğlub yola salıb.

Almaniya Bundesliqası

6-cı tur

30 oktyabr

Şalke – Ştutqart 1:1

Qol: Malik, 30 – Qonsales, 56-pen.

31 oktyabr

Arminiya – Borussiya (Dortmund) 0:2

Qol: Hummels, 53; 71.

Auqsburq – Maynts 3:1

Qol: Varqas, 40. Han, 80; 90+1 – Onisivo, 64.

Ayntraxt – Verder 1:1

Qol: A.Silva, 65 – Sargent, 51.

Köln – Bavariya 1:2

Qol: Draksler, 82 – Müller, 13-pen. Qnabri, 45+1.

Borussiya (Münhenqladbax) – Leyptsiq 1:0

Qol: Volf, 60.

1 noyabr

18:30 Frayburq – Bayer

21:00 Herta – Volfsburq

2 noyabr

23:00 Hoffenhaym – Union