Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclasının iştirakçıları Fəxri Xiyaban ziyarət ediblər

16 May 2011 10:45 (UTC+04:00)

Bu gün Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. SİA-nın xəbərinə görə, artıq Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclasının iştirakçıları Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Şuranın hesabat iclası Qafqaz Müsəlmanları İdarəsində (QMİ) öz işinə başlayacaq. İclasda QMİ-nin Gürcüstan və Dağıstandakı səlahiyyətli nümayəndələri, Qafqazın bütün müftiləri iştirak edəcək.

Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb və şuraya QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə sədrlik edir.