Kitabxana “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəyə start verib

31 Oktyabr 2020 15:34 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi cəbhə bölgəsində gedən döyüşlərdə şücaət göstərən Azərbaycan Ordusuna dəstək olaraq “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəyə start verib.

Kitabxanadan SİA-ya bildirilib ki, layihə əsasında hazırlanan ilk videoçarxda azad edilmiş Azərbaycan torpaqları haqqında məlumatlar verilir.

Videoçarx Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Azərbaycan” mahnısı ilə müşayiət edilir.