Türkiyə gözəli seçilən yerli qızımız: "Mükafatımı gəncəlilərə həsr edirəm" FOTOLAR

31 Oktyabr 2020 15:15 (UTC+04:00)

"Best model Türkiye" yarışmasının birinciliyini əslən azərbaycanlı olan 15 yaşlı Melisa İrmak qazanıb. SİA-nın məlumatına görə, bu haqda Melisa türk mediasına müsahibəsində danışıb. O deyib ki, anası Zərnişan Babayeva Gəncədəndir: "Atam İstanbuldandır, anam isə Gəncəlidir. Birinci oldum, amma sevinə bilmirəm. Çünki vətənimdə mülki şəxslər ölür. Mükafatımı onlara həsr edirəm. Xalamgil Gəncədə yaşayırlar və çox qorxurlar. Oradakı insanlar üçün üzülürəm. Balaca olanda ora gedirdim. İndi necə yaşadıqlarını gözəl anlayıram. Gecələri zirzəmidə yatırlar. İnanıram ki, hər şey yaxşı olacaq".

Melisanın yarışmada birinci olması yaşına görə tənqid edilib. İnsanlar onun bu yaşda modellik etməsini qınayıblar. Modelin anası isə övladı haqda bunları deyib: "Qızım bu yarışmaya qatılmağı uşaqlıqdan istəyir. Atası ilə ayrılmışıq. Amma ondan da icazəsini alıb. Hər an onun yanındayam. Uşaq müğənni, aktyor ola bilir, model ola bilməz? Övladımı dəstəkləyirəm".

Qeyd edək ki, Zərnişan Babayeva müğənni Roza Zərgərlinin xalası qızıdır.