Türkiyə telekanalından Azərbaycana dəstək

31 Oktyabr 2020 12:18 (UTC+04:00)

Türkiyənin məşhur serialında Azərbaycana dəstək ifadə olunub. SİA xəbər verir ki, Türkiyənin “TRT 1” telekanalında yayımlanan və izlənmə rekordları qıran “Payitaht Abdülhamit” teleserialında Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunub.
Serialda hökmdar bir Azərbaycan mahnısı oxunmasını istəyir. İsmayıl Haqqı əfəndi obrazını canlandıran aktyor isə sözügedən serialda “Ay Laçın” xalq mahnısını səsləndirib.
Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı uğurlu əməliyyatlarını nəzərə alaraq bu səhnə sosial şəbəkələrdə geniş paylaşılıb.