Paşinyan yenə yalvarmağa başladı Putinə

31 Oktyabr 2020 11:37 (UTC+04:00)

Paşinyan Putindən təhlükəsizlik məsələlərində dərhal Ermənistana kömək etməsini xahiş edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı Xarici İşlər Nazirliyinə istinadən məlumat yayımlayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir məktub göndərib. Bildirilir ki, erməni baş nazir Ermənistan üçün yaranan vəziyyəti və ortaya çıxan problemləri hərtərəfli təqdim edib.
Qeyd olunur ki, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Ermənistana təhlükəsizliyini təmin etmək məqsədilə göstərə biləcəyi yardım növünü və miqdarını təyin etmək səbəbilə dərhal məsləhətləşmələr üçün Rusiya Federasiyasının Prezidentinə müraciət edib.