İzmirdə daha bir zəlzələ

31 Oktyabr 2020 10:01 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində daha bir zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata əsasən, 5 bal gücündə olan zəlzələ Egey dənizində, İzmirin Seferihisar qəsəbəsində meydana gəlib

Xatırladaq ki, dünən İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Nəticədə 24 nəfər ölüb, 804 yaralı var.