ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.
SİA-nın məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ABŞ-da koronavirusa 9 007 298 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 229 293 nəfər vəfat edib, 3 554 336 nəfər isə sağalıb.