Kriştiano Ronaldo koronavirusdan sağalıb

30 Oktyabr 2020 23:12 (UTC+04:00)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.

SİA klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun son koronavirus testi mənfi çıxıb və oyunçu karantindən çıxıb.

Qeyd edək ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu. Bu səbəbdən 35 yaşlı oyunçu bir neçə matç buraxmışdı.