“İzmirdəki zəlzələ xəbəri bizi çox kədərləndirdi” – Ceyhun Bayramov

30 Oktyabr 2020 18:02 (UTC+04:00)

“Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter” səhifəsində yazıb.

“Bu çətin gündə Can Qardaşımızın yanında olduğumuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə!”, - XİN başçısı vurğulayıb.