Ermənistanda partlayış baş verib

30 Oktyabr 2020 17:34 (UTC+04:00)

Ermənistanın şimalındakı Spitak şəhərində tibb mərkəzində partlayış baş verib. SIA-nın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Partlayış oksigen ötürmə sistemində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Araşdırma aparılır.