İzmirdə dağılan binaların sayı 20-yə çatıb - VİDEO

30 Oktyabr 2020 17:02 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20 yaşayış binası dağılıb. SİA-nın məlumatına görə, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

Qeyd edək ki, 6,6 bal gücündə olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.