Paşinyanın istefası təklif yox, tələbə çevrilib TƏHLİL

30 Oktyabr 2020 17:28 (UTC+04:00)

Nikol Paşinyanın istefası üçün Ermənistan ictimaiyyyətinin artıq tələbləri var. Söz azadlığının bu ölkədə məhdudlaşdırılmasını etiraf edən həm sosial şəbəkələrin erməni seqmenti, həm də Ermənistan mediası son günlərdə reallıqdan danışmaqdan çəkinməyən bir çox insanın ortaya çıxdığını gizlətmir. Reallıq budur ki, Ermənistan vətəndaşları, eləcə də Dağlıq Qarabağda məskunlaşdırılan insanlar həqiqətən taleyüklü günlərini yaşayırlar. Hətta bəziləri vurğulayırlar ki, dövlətçiliyi belə itirmək təhlükəsi ilə üzləşiblər və görünür belə bir qorxu canlarına üşütmə salıb.

Cəbhə xəttində nisbi sabitlik arzulayan ermənilər belə indi bu sabitlyin də onlar üçün çox ağrılı və qəbuledilməz olduğu qənaətindədirlər. Amma arzu edirlər ki, heç olmasa 27 sentyabrda törətdikləri təxribatdan sonra başlayan qarşıdurmadan əvvəlki vəziyyətə qayıtsınlar. Heç şübhəsiz ki, bu vəziyyətə 30 il razı olanların indiki itgiləri fonunda nisbi sabitlik arzulaması anlaşılandır. Axı bu ermənilər zəbt etdikləri, işğal etdikləri özgə torpaqlarında 30 il ərzində adına sabitlik deyərək səssiz yaşadılar və indiki durum, bunun hesabını vermək məqamı onlar üçün bir dəhşətə çevrilib. Ələlxüsus, canlı qüvvə, hərbi texnika, silah-sursat olmaqla itgiləri, məğlubiyyətləri fonunda yuxuları ərşə çəkilib ki, bu da ötən müddət ərzində arxayınlaşaraq harınlayanların heç də kürkünə birə salmaya bilməzdi. Elə ona görə də bir qism erməni danışıqlar arzusundadır, yalvararaq bağladığı humanitar atəşkəsi özü pozan bir qismi də tamamilə başını itirib. Əks halda, yalvarışları müqabilində atəşkəsi pozmazdılar, yaxud da pozacaqları atəşkəs üçün yalvarmazdılar.

Əslində, öz yalvarışları ilə bağladıqları humanitar atəşkəsi özü pozan bu toplumun başını itirməsi heç də qeyri-adi deyil. Çünki, yaxşı bilirlər ki, diplomatik cəbhədə də irəliləyişləri yoxdur. Bilirlər ki, etdikləri təxribatların cavabını diplomatiya ilə də verə bilməyəcəklər. Üstəlik onu da bilirlər ki, onların baş nazirləri diplomatiyaya da, idarəçilik qabiliyyətinə də, bu anda ümumiyyətlə heç nəyə də sahib deyil. Yaxşı görürlər ki, Nikol Paşinyanın Rusiyaya rəsmi müraciət çağırışlarına məhəl qoyulmur. Digər tərəfdən Rusiya heç bir addım da atmır. Rəsmi Moskva, Rusiyanın Soros mənşəli səlahiyyətlilərə kömək etmək fikrində olmadığını açıq-aşkar göstərir və Nikol Paşinyanın Sorosun adamı olması təsdiq edir ki, bundan sonra da Ermənistanın köməyə bel bağlamağa, ümid etməyə haqqı yoxdur.

Əlbətdə ki, Ermənistan ordusu da, erməni cəmiyyəti də bir aydan çoxdur ki, müxtəlif mənalarda tamamilə fərqli bir müharibə ilə üzləşdiyinin fərqindədir. Fərqindədir ki, bu müharibə onlar üçün daha dağıdıcı ola bilər və onlar üçün geri dönməz nəticələr vəd edir.

Müharibənin ilk günlərində belə, ermənilər arasında, hakimiyyət orqanlarına vəziyyəti ayıq qiymətləndirmələri və şəxsi ambisiyalarına tabe olmamaları barədə xəbərdarlıq edənlər oldu. Bir növ tövsiyyələr, məsləhətlər verilirdi erməni baş nazirə. Ancaq Nikol Paşinyan və onun komandası bu çağırışlara qulaq asmadı və hazırda bu barədə turarlı faktlar da var. İndi siyasi və ictimai dairələr artıq məsləhət vermirlər, birbaşa tələblər irəli sürürlər və Paşinyanın istefası üçün artıq ictimai tələb formalaşıb. Artıq Vazgen Manukyan prosesə start verib və çox sayda siyasətçi, ictimaiyyət və mədəniyyət xadimi ona qoşulub da. Moskvada yaşayan ən nüfuzlu erməni iş adamlarından biri olan monarx Samvel Ambardsumyan da Paşinyana məktub göndərib və məktubda hakimiyyəti təhvil verməsi barədə tələblər öz əksini tapır. Məktubda erməni xalqının ümidsiz bir vəziyyətdə olduğunu qeyd edərək, Paşinyanın istefasını çıxılmaz vəziyyət kimi qiymətləndirən Ambarsumyan bu vəziyyətdə yeganə düzgün qərarın Rusiyada mütləq inam qazanan bir insana hakimiyyətin ötürməsi olduğunu bildirib. “Rusiya olmasa problem həll olunmayacaq” deyən Ambarsimyan hətta etiraf da edib ki, Rusiyasız Ermənistan bu zamana qədər heç nəyə nail ola bilmədiyi kimi bundan sonra da ola bilməyəcək.

Həqiqətən də Qafqazda məskunlaşmaları da daxil olmaqla haylar bu zamana qədər nə əldə ediblərsə rusların hesabına ediblər. Sovet hakimiyyəti qurulmamışdan öncə də, onun mövcudluğu zamanında da, dağılmasından sonra da onlar ruslardan asılı vəziyyətdə olublar və indi bir çoxları etiraf da edirlər ki, ruslar, Rusiya hökuməti olmadan Ermənistan heç nəyə nail ola bilməz, hətta məhvə də məhkimdur. Bütün bunlara baxmayaraq, xislətində xəyanət və nankorluq olan bu toplum və onun “qabaqda gedən zəncirli”si, yəni Nikol Paşinyan Sorosdan aldığı “ilham”la Rusiyaya bir qədər əvvəl “təpik atdı” və indi bu təpiyin əks təsirə bərabər olan təsiri ilə üz-üzədir. Özü də təkcə Paşinyan özü yox, təmsil etdiyi xalq da bu əks təsirləri yaxşıca hiss edir.

Təbii ki, xalq dediyimiz hay toplumu bərk peşiman olub. Həm ruslara qarşı nankorluqlarına görə, həm də buna rəvac verən Soros verbofkasının məhsulu olan Paşinyanı seçdiyinə görə. Görünür indi ermənilər öz səhvlərini düzəltmək qərarına gəliblər və fədəf birinci növbədə Nikol Paşinyandır və onun istefası, hakimiyyəti təhvil vermək tələbi də bu qərarın birinci hissəsidir. Əvvəla ona görə Paşinyan ermənilərin hədəfinə çevrilib ki, onlar bu axmaq oyunçunun siyasət meydançasından çıxarılmasının vacibliyinin anlayıblar. Anlayıblar ki, onunla nəinki qələbəyə getmək olar, onunla Ermənistan bir dövlət olaraq məhv olmaq təhlükəsi ilə qarşılaşıb. Bunu da etiraf edənlər, qorxularını gizlətməyənlər var. Digər tərəfdən ermənilər indi də növbəti dəfə riyakarcasına ruslara öz dırnaqarası “sədaqətlərini” göstərmək üçün mütləq Paşinyanı qurban verəcəklər. Bununla da görüntü yaratmaq istəyəvəklər ki, rus dilini ölkə ərazisində məhdudlaşdıran, Rusiya kanallarını televiziya yayımından uzaqlaşdıran erməni xalqı deyilmiş, sən demə Nikol Paşinyan özü imiş. Özü də bunlardan soruşmadan. Doğrudur, daxili auditoriyanın rəyini bilmədən Paşinyan belə addımlar atmazdı və burada ermənilərin özlərinin payı var, amma müzakirə mövzusu bu deyil.

Məsələ burasındadır ki, xəyanətkarlığa normal baxan ermənilər üçün Nikolu rusların ayaqları altına atmaq adi haldır və öz xilasları naminə bunu mütləq edəcəklər. Buna ruslar inanacaqlar, inanmayacaqlar, yaxud, xilas olacaqlar ya olmayacaqlar bu da başqa bir müzakirənin mövzusudur, amma nəticənin nə olacağından asılı olmayaraq Nikol Paşinyan mütləq şəkildə cəzalandırılacaq. Ən azından onun hakimiyyətdə qalması mümkünsüzdür və mütləq uzaqlaşdırılacaq. Çünki, nə səbəbə olur-olsun artıq vəziyyətini başa düşən erməni xalqı bütün günahları Paşinyanın üstünə atmaq qərarındadır və məhz bu səbəbdən erməni baş nazirin istefası artıq təklif yox, tələbdir.