Düşük adı Paşinyanın şəxsiyyət vəsiqəsinə yazılacaq

30 Oktyabr 2020 16:38 (UTC+04:00)

İnsanda ağıl, savad yaxşı şeydir, əsasən də siyasət aləminə baş vuran insan daha realist, daha ağıllı və dərrakəli, həm də ən azı burnundan uzağı görməyi bacarmalıdır. Bu kriteriyalara malik olmayan siyasət adamı məhvə məhkumdur. Nəinki, özü məhv olur, həmdə xalqını dövlətini də özü ilə qəbrə aparır. Necə ki, insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş cinayət əməllərinə görə Hitler özünü məhv etdi, xalqına və dövlətinə isə on illiklər sağalması mümkün olmayan yaralar vurdu. Hitlerin əmrlərinin qulu olanlar üçün Nürnberq məhkəməsi quruldu. Sonrakı tariximizdə isə törətdikləri soyqırımı aktına görə, Serbiya hakim zümrəsinə daxil olan Miloşeviç və Karaciç Haaqa məhkəməsi qarşısında oturdularaq layiq olduqları cəzanı aldılar.

Beləliklə, bu gün dünyada hökm sürən qarışıq siyasi mənzərə onu deməyə əsas verir ki, lokal toqquşmaların, aktiv müharibələrində sərhədləri bəlli olan tələbləri var. Bu tələbləri keçdikdə qətliamlar törədənlər beynəlxalq məhkəmə qarşısında oturdula bilər. Bu baxımdan demək olar ki, belə bir hərbi məhkəmə bədbəxt və axmaq millət hesab olunan ermənilərin baş bilənləri sırasında yer alan Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və hazırda dünya siyasət palitrasında özünə düşük adı qazandırmış Nikol Paşinyan üçün qurula bilər. Daha doğrusu artıq Azərbaycanın hüquq –mühafizə orqanları erməni vəhşilərinin azərbaycanlı dinc sakinlərə, şəhər və kəndlərinə qarşı törətdikləri qəddarlıqları əks etdirən müvafiq hüquqi sənədləri hazırlayaraq, beynəlxalq məhkəmənin qurulması üçün dünya birliyinə müraciət etməyə hazırlaşırlar. Siyahıda terrorçu başı Araik Arutyunyanda var. Təbii ki, onun cəzasını şanlı Azərbaycan ordusu verəcək. Bu mürdəşir üzünü yuyacaq məxluqu Şuşadaca əsgərlərimiz gəbərdəcəklər. Bununla da onun üçün məhkəmə-filan qurulmasına ehtiyac qalmayacaq. N.Paşinın cəzası da ağır olacaq. Çünki, o beynəlxalq hüquq normalarını, eləcədə Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc sakinlərini hədəf seçir.

Gəncədən sonra, Paşinyanın əmri ilə Bərdəyə də qadağan olunmuş klaster bombalar atılmışdır. Nəticədə 21 nəfər həyatını itirmiş 70 nəfər isə yaralanmışıdır. Artıq əksər beynəlxalq təşkilatlar Ermənistanın dinc Azərbaycan sakinlərini bombalamasını pisləyən bəyanatlarla çıxış edirlər. Hətta bu günə qədər Azərbaycana qarşı qərəzli hesabatları ilə çıxış etmiş Hüman Rights və Watch təşkilatlarıda erməni vəhşiliyi qarşısında susa bilməyiblər. Sözügedən təşkilatlar yaydıqları hesabatda Ermənistanın Bərdəyə qadağan olunmuş klaster bombaları atdığını qeyd edib, Paşinyan rejiminin addımlarını pisləyiblər. Bütün bunlar Paşinyanın və ətrafının cinayət məsuliyyətindən qaça bilməyəcəklərindən xəbər verir. Bəzi hərbi ekspertlər iddia edirlər ki, Paşinyanın sərsəm hərəkətləri və onsuzda ağır olan ölkədaxili durumu daha da ağırlaşdırması ermənilər tərəfindən onun fiziki məhvinə qərarın verilməsinə gətirib çıxaracaq. Hətta gözlənilən təhlükədən qaçmaq üçün Paşinyanın ölkədən qaçacağını söyləyirlər. Psixoloqlar isə belə bir iddia irəli sürürlər ki, Nikol Paşinyanın psixoloji problemlər var. Psixoloq Malik Əlizadə bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın danışığında və hərəkətlərində ən çox əsəbilik, yalan və qeyri-müəyyənlik nəzərə çarpır: “Paşinyanın danışarkən üzünün qızarması, göz qapaqlarının əsməsi onu deməyə əsas verir ki, o qorxur və çox əsəbidir, həm də danışıqları yalandır. Çətin durumda olması onun infarkt keçirməsi və həyatının bitməsi ilə nəticələnə bilər”.

Bəli, axmaq və yarasız insanların aqibəti faciəli sonluqla bitir. Bu tarixən belə olub və bu gündə aktullığını qoruyub, saxlamaqdadır. Ona görə də, küçədən hakimiyyət pilləsinə yüksələn Paşinyanın axmaq və anormal addımlarının qurbanı olacağı şübhəsizdir. Həm də, özü ilə yanaşı erməniləri də , məhvə sürükləyəcəyi şübhəsizdir. Rusiyada yaşayan kinorejissor Karen Şahnazaryan demişkən Nikol Paşinyan istefa verməsə Ermənistan dövlət kimi mövcudluğundan məhrum ola bilər. Amma bir məsələ var ki, Paşinyan erməniləri qaragünə, oyuncaq qurum olan Ermənistanı fəlakətlə üz-üzə qoyub, xaricə-filana qaçsa da, düşük adı hər zaman onu qarabaqara izləyəcək. Hətta ehtimal etmək olar ki. Nikol adı Düşük lə əvəzlənsin və bu adı şəxsiyyət vəsiqəsində rəsmiləşsin, elədirsə, indidən “mübarəkdir” deyək.

İ.ƏLİYEV