Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan edib

30 Oktyabr 2020 16:38 (UTC+04:00)
F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda "Bu gün gərək hər anımız Vətən! - desin!" adlı şeir müsabiqəsi elan edib. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda doğma vətənə şeir vəsf etmə hisslərini aşılamaq və bu sahədə xüsusi istedadları tapmaqdır. Müsabiqə 7-17 yaşda olan uşaq və yeniyetmələr arasında keçirilir. Müsabiqəyə yalnız 1 iştirakçı tərəfindən 1 şeir təqdim edilə bilər. Müəllif özü haqqında məlumatı - ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını qeyd etməlidir. Şeirlərin son qəbul tarixi noyabrın 30-da başa çatır. Müsabiqə başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Digər iştirakçılara isə həvəsləndirici diplom və kitablar veriləcək. Ətraflı məlumat əldə etmək istəyənlər http://clb.az/-bu-gn-grk-hr-anmz-vtn-desin-adl-eir-msabiqsi_d3004.html linkinə müraciət edə bilərlər.