Minsk qrupunun Cenevrə görüşü mətbuata qapalı keçiriləcək

30 Oktyabr 2020 14:10 (UTC+04:00)

ATƏT Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıb.

SİA-nın məlumatına görə, nazirlərlə görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək.

Həmsədrlər arasında fikir mübadiləsi də qapalı keçirilib. Görüşlərin yekununda bəyanatın verilib-verilməyəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Cenevrədə görüş oktyabrın 29-a təyin olunsa da, daha sonra bir gün təxirə salınıb.