Düşmən öz əhalisinə xəbərdarlıq etdi

30 Oktyabr 2020 13:37 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkə əhalisinə müraciət edərək, sosial şəbəkələrdə ehtiyatlı olmağa səsləyib. SİA erməni mediasına istinadən xəbər verir ki, erməni sosial şəbəkə seqmentləri bir-birləri ilə müzakirə apararkən, cəbhədəki vəziyyət ətrafında fikir mübadilələri edirlər və qarşı tərəf, yəni Azərbaycanın hakerləri bu kimi hallardan yararlanır və s.

"Ermənistan MTX-i sosial şəbəkələrdə müzakirə apararkən əhalini ehtiyatlı olmağa və ön cəbhədən gələn informasiyaların yayılmasından imtina etməyə çağırır", deyə düşmən tərəfinin adıçəkilən strukturu səslənib.

Rövşən RƏSULOV