“Şəhidlər ölməz, Vətən bölünməz!”

30 Oktyabr 2020 13:30 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülzar İbrahimova yeni yazdığı “Bir gecədə dəyişən arzu” hekayəsini təqdim edib.

İdarədən SİA-ya bildirilib ki, hekayə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktından bəhs edib. Hekayədə Səbinə adlı qızın yaşadığı faciə təsvir olunub.

Müəllifin ürəkağrısı ilə yazdığı hekayə erməni vəhşiliyini sübut edən hekayədir.