“Masterchef” verilişindən Azərbaycana dəstək: “Türkiyənin ürəyi Azərbaycanladır” VİDEO

30 Oktyabr 2020 10:10 (UTC+04:00)

Türkiyə dövləti yenidən dəstəyini göstərib. SİA-nın məlumatına görə, qardaş ölkənin kanallarının birində yayımlanan “Masterchef” verilişində ermənilərin Azərbaycana qarşı törətdikləri hadisələrdən bəhs olunub. Proqramın aparıcıları Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Onlar Azərbaycanın xeyli sayda şəhidi olduğunu vurğulayıb.

Daha sonra söyləyiblər ki, Türkiyənin ürəyi hər zaman Azərbaycanla döyünür.

Aparıcılar Türkiyədən Azərbaycana salam göndərərək, ermənilərlə savaşda bizə uğurlar arzulayıblar.

https://www.instagram.com/p/CG73TaMp0Go/?igshid=97yvd3e5supy