Gürcüstanda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb

30 Oktyabr 2020 08:52 (UTC+04:00)

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yük maşını ilə mikroavtobus toqquşub, nəticədə 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

SİA Gürcüstan Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında yolun 77-ci kilometrində baş verib.

Bildirilib ki, yük maşını Türkiyə dövlət qeydiyyat nişanlı olub.

Faktla bağlı cinayət işi açılıb.