Ötən gün Türkiyədə 1 581 nəfər koronavirusdan sağalıb

30 Oktyabr 2020 03:55 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində daha 72 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 099 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 319 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 370 832 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 581 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 320 762 nəfər təşkil edir.