"Dzeta" qasırğası ABŞ-da 6 nəfərin həyatına son qoyub

30 Oktyabr 2020 05:01 (UTC+04:00)

ABŞ-da baş verən "Dzeta" qasırğası nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə Associated Press agentliyi bildirib.

Məlumata əsasən, 2,6 milyondan çox ev qasırğa səbəbindən işıqsız qalıb.

Qeyd edək ki, daha əvvəl ABC televiziya şirkəti 3 nəfərin ölümü barədə məlumat vermişdi.