Unay Emeri: "80 dəqiqə ərzində etməli olduğumuzu son 10 dəqiqədə etdik"

30 Oktyabr 2020 00:27 (UTC+04:00)

Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Vilyarreal” (1:3) oyunundan sonar təşkil edilən mətbuat konfransında İspaniya klubunun baş məşqçisi Unay Emeri jurnalistlərin suallarını cavablandırıb. SİA xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Çox maraqlı oyun oldu. Birinci hissədə “Qarabağ”ın oyunu çox yaxşı alındı. Rəqb öz oyununu göstərməyi bacardı. “Qarabağ”a çox qol imkanı yaratmaq imkanı verməsək də, istədiyimiz oyunu göstərmədik, pis təsir bağışladıq. Fasilədən sonra daha yaxşı oynadıq. Buraxdığımız qol bizi ayıltdı. 80 dəqiqə ərzində etməli olduğumuzu son 10 dəqiqədə etdik. Ümumən qələbəyə layiq idik.

- Daha öncə gördüyünüz “Qarabağ”la indikini necə müqayisə edərdiz?

- İki mövsüm əvvəl “Arsenal”la onlara qaşrı oynamışdıq. “Qarabağ”ın çox şən, cəlbedici oyunu var. İzləyəndə insana xoş gəlir. Müqayisə etdikdə hımin vaxtla oxşarlıq var.

- Hesabda geri düşdükdən sonra 2-3 qol vuracağınıza inamınız var idi?

- Əsas odu ki, qol buraxdıqdan sonra sakitliyi qoruya bildik. İnamımız var idi.

- La Liqada belə penaltilər verilirmi?

- Bu, oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da hesabda öndə idik. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olar. Mənə elə gəlir ki, rəqib futbolçunun əli yuxarıda idi.

- "Qarabağ"ın qrupdan çıxmaq şansının olduğunu düşünürsüz?

- Bizim üçün bu gün qləbə qazanmaq vacibidi. Hələ qaşrıda oyunlar var. Bu gün hər iki komandaya qələbə lazım idi. "Qarabağ"ın qrupdan çıxmaq imkanı var.

- "Qarabağ" və "Sivasspor"la oynamısız. Hansı komanda sizə daha çox çətinlik yaratdı?

- Hır iki komanda bizə çətinlik yaratdı. Türkiyə liqası yüksək səviyyəlidi. Ona görə "Sivasspor" keçən il yaxşı mövsüm keçirib. Bu gün "Makkabi"yə məğlub oldular. "Qarabağ"a gəldikdə, çox təcrübəli komandadı. Yaxşı yerli futbolçuları və legionerləri var. Baxmayaraq ki, hər iki oyunda məğlub olublar, düşünürəm ki, qarşıdakı oyunlarda xallar qazana biləcəklər.