Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino karyerasını Rusiyada davam etdirə bilər.
SİA "sports.ru" saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssislə “Zenit” yaxından maraqlanır. Sankt-Peterburq klubunun Poçettinoya illik 10 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından işsizdir. O, "Tottenhem"dən əvvəl "Sauthempton" və "Espanyol"u da çalışdırıb.