Düşmən Tapqaraqoyunlu kəndini hədəf aldı – daha bir nəfər həlak oldu

29 Oktyabr 2020 21:19 (UTC+04:00)

Oktyabrın 29-da səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. SİA xəbər verir ki, saat 17 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, evə isə ciddi ziyan dəyib.

Qeyd edək ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.