Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən hadisələrə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlərə açıqlamasında baş nazir deyib ki, Liviyadan fərqli olaraq Suriyada baş verənlər ölkəsinin daxili məsələsidir: "Lakin Suriyada bir dağılmanın, parçalanmanın, bir məzhəb vuruşmasının meydana gəlməsi ilə bağlı narahatlıq var. Bunları da görmək, yaşamaq istəmirik. Çünki Suriyanın vəziyyəti Liviyaya bənzəmir".
R.Ərdoğan deyib ki, Liviya Türkiyə üçün daha önəmlidir: "Suriya isə belə deyil. Bizim daxili siyasəti nəzərdən keçirməyimiz lazımdır. Çünki 850 km sərhədi olan, qohumluq əlaqələrinin sıx olduğu bir ölkənin məsələsindən danışırıq".