Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü

29 Oktyabr 2020 16:03 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.
Teatrdan SİA-ya bildirilib ki, vəsait Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə ayrılıb.