Vətənsevərlik ruhunun yüksəldilməsi məqsədilə videoçarx hazırlanıb FOTOLAR+VİDEO

29 Oktyabr 2020 14:38 (UTC+04:00)

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənsevərlik ruhunun inkişafı və daha da yüksəldilməsi məqsədilə daha bir videoçarx hazırlanıb.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, videoçarxda istedadlı gənc xanəndə Kənan Bəşirlinin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilir.

https://youtu.be/r4pO4xKnNLg