Bərdə təxribatı Ermənistanın faşist simasını bir daha ifşa etdi

29 Oktyabr 2020 13:20 (UTC+04:00)

Prezident İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”. Bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yazıb: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”. “Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”, -deyən Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə verdiyi müsahibəsində bildirib.

Dövlət başçsı onu da deyib ki, onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət bildirib: “Bütün bu işğal illəri ərzində Ermənistanın qınanması nədən ibarət olub? Məgər bu, ittiham idimi, xeyr. Məgər kimsə Ermənistanı işğala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz səylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratdılar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik”.

Sergey Markov: “Ermənistanın dinc əhalini atəşə tutması terror aktlarının təzahürüdür”

“Bərdədən Qarabağa qədər böyük məsafə var. Bura müharibə bölgəsindən çox uzaqdır. Dinc əhalinin atəşə tutulması, təbii ki, vəhşilikdir və terror aktlarının təzahürü, hərbi cinayət kimi qiymətləndirilə bilər”. Bunu Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın dinc şəhərlərini atəşə tutarkən əsas məqsədi cavab atəşi almaq və Rusiyanı münaqişəyə cəlb etməkdir: “Paşinyanın məqsədi tam aydındır. O, Rusiyanı KTMT və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli razılaşmaların mexanizmlərini işə salmağa məcbur etmək və Rusiyanın Ermənistana əhəmiyyətli dəstək verməsini təmin etmək istəyir. Düşünürəm ki, cinayətkarlar aşağıdakı şəkildə məsuliyyətə cəlb oluna bilər: Azərbaycan və müttəfiqləri birlikdə bu məsələni qaldırmalı və onu BMT Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmalıdırlar”.

Metyu Brayza: "Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur"

“Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Abşeron, eləcə də digər şəhər və regionlarına hücumları beynəlxalq cinayətdir”. Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib: “Ermənistanın addımına beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq, mən artıq bilmirəm. Amma hesab edirəm ki, bu, münaqişənin ciddi bir mərhələsidir. Artıq Ermənistan tərəfi anlayır ki, müharibəni uduzur. Ermənistan dinc əhalini ona görə atəşə tutur ki, Azərbaycanın uğurlu hərbi əməliyyatlar apardığını görür. Azərbaycanın pilotsuz uçuş aparatları çox yüksək səviyyədədir. Hesab edirəm ki, Ermənistan tərəfi başa düşür ki, əgər Azərbaycanın əməliyyatları davam etsə, bu, müharibənin sonu olacaq və Azərbaycan qalib gələcək. Buna görə də Ermənistan münaqişənin foksunu dəyişmək istəyir və dinc əhalini atəşə tutmaqla Bakını məcbur edir ki, reaksiya versin”.

M.Brayza hesab edir ki, Ermənistanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək və hərbi yardım almaqdır: “Azərbaycanın eyni şəkildə cavab verməməsi çox vacibdir. Azərbaycan qanuni şəkildə hərbi əməliyyatlarını davam etdirib, ərazilərini işğaldan azad etməlidir. Əminəm ki, Bakı İrəvan kimi reaksiya verməyəcək”.

Düşmən törətdiyi bütün cinayətlərinə görə mütləq cavab verəcək

Ancaq təcavüzkar faşist xislətli Paşinyan anlamalıdır ki, Azərbaycanı güclü Silahoı Qüvvələri onları yerində otuzdurub və bundan sonra da yerində otuzduracaq. Dövlət başçımız xalqa müraciətində də bildirib ki, Güclü Ordumuz, rəşadətli əsgərlərimiz düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: “İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Təcavüzkar və işğalçı Ermənistan gördü ki, xalq-iqtidar-ordu birliyinin nümunəsi QƏLƏBƏDİR! Həmçinin, bu vəhdətin nümunəsi qədirbilən xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının yanında olması, Onun hər sözünə, bütün qərarlarına sadiqliyidir. Məhz bu gün düşmən ordusu Azərbaycan əsgərinin qabağında aciz qalaraq döyüş meydanından qaçmağa məcbur olur. Bunu nəinki erməni xalqı, bütün dünya gördü və görür.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, «nə qədər gec deyilsə, düz yola gəl» və məsələnin sülh yolu ilə həllində verilən axırıncı şansdan istifadə et. Prezident İlham Əliyev oktyabrın 9-da Azərbaycan xalqına müraciətdə də bildirdi ki, Ermənistana axırıncı şans veririk, axırıncı şans: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini. Özü də o bölgənin relyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 30 il ərzində orada beton istehkamlar qurulub. Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən söhbət gedə bilər?! Yoxdur bu, biz dağıtmışıq, biz etmişik, iradə göstərmişik, güc göstərmişik, xalqımızın iradəsinə arxalanmışıq və bu gün qələbə çalırıq. Tarixi qələbə çalırıq! Bu qələbə Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Bəli, biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

RƏFİQƏ HÜSEYNOVA