Hindistanda yoluxanların sayı 8 milyonu ötdü

29 Oktyabr 2020 13:05 (UTC+04:00)

Hindistanda son sutkada koronavirusa 49 881 nəfər yoluxub. SİA-nın xəbərinə görə, məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, yoluxanların sayı 8 040 203 nəfər çatıb. Son sutkada infeksiyadan 517 pasiyent ölüb. Bununla da koronavirusun qurbanlarının sayı 120 527 nəfərə yüksəlib.