Azərbaycan HHQ-nin aviasiya vasitəsitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb MN

29 Oktyabr 2020 13:06 (UTC+04:00)

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb".