Narkotiklə məşğul olan şəxa tutuldu

29 Oktyabr 2020 12:35 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 204 qrama yaxın heroin və 24 qramdan artıq metamfetamin götürülüb.