Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirilib

29 Oktyabr 2020 12:18 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı dəyişdirilib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın SİA-ya verdiyi məlumata görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.