Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı haqqında kitab nəşr edilib

29 Oktyabr 2020 11:50 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” adlı kitab çapdan çıxıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun tərtibçisi olduğu kitabda Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin bir çox yönləri işıqlandırılıb.

“Şərq-Qərb nəşriyyatında çap olunan kitabda həmçinin sənətkar haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr, müsahibələr və digər materiallar toplanıb.

Yeni nəşrin Mədəniyyət Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılması nəzərdə tutulur.