Koronavirus idarəolunmaz həddə çatdı Ermənistanda

29 Oktyabr 2020 11:24 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 2383 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son sutka ərzində bu ölkədə virus səbəbi ilə 31 nəfər həyatını itirib.
Məlumata görə, Ermənistanda 29 oktyabr tarixinə koronavirusa yoluxanların sayı artaraq artıq 85 034 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1626 nəfərə çatıb.

Xatırladaq ki, əhali sayına nisbətdə koronavirusa yoluxma və ölüm halları ən təhlükəli göstərici hesab olunur. Hər gün yoluxma sayında əhəmiyyətli dərəcədə artım müşahidə edilir ki, bu da Ermənistanda koronavirusun idarəedilməz həddə çatdığını təsdiq edir.