İmişlidə ferma yandı

29 Oktyabr 2020 11:05 (UTC+04:00)

İmişli rayonunun Cavadxanlı kəndində ümümi sahəsi 500 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.