Tonlarla ot bağlaması yandı

29 Oktyabr 2020 10:15 (UTC+04:00)

Quba rayonunun Qamqam kəndində ümumi sahəsi 700 m² olan fermanın yanar konstruksiyaları 400 m² sahədə və içərisinə yığılan 50 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.