Vyetnamda iki torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub, 46 nəfər itkin düşüb

29 Oktyabr 2020 02:35 (UTC+04:00)

Vyetnamın Kuanqnam vilayətindən iki torpaq sürüşməsi baş verib.

SİA-nın məlumatına görə, bu barədə "VnExpress" portalı bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər həlak olub, 46 nəfər itkin düşüb.

Bildirilib ki, hər iki sürüşmə Molave tayfunun səbəb olduğu güclü yağış nəticəsində bir-birinə yaxın məsafədə olub.