İtaliyada son 24 saat ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

29 Oktyabr 2020 01:18 (UTC+04:00)

İtaliyada son 24 saat ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb - 24 991.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, yoluxanlar arasında 205 ölüm halı qeydə alınıb, bu da dünənki göstəricidən aşağıdır (221).

Lombardiya vilayətinin şimalında infeksiya hallarının sayında sürətli bir artım müşahidə olunur. Orada sutkada 7 558 yeni COVID-19 ilə yoluxma faktı qeydə alınıb.

Pandemiyanın başlanğıcından bəri ölkədə 589,7 mindən çox COVID-19 ilə yoluxma halı qeydə alınıb, koronavirusdan ölüm sayı 37,9 mini keçdi.