Prezident İlham Əliyev Türkiyənin Cümhurriyət Bayramı ilə bağlı təbrik paylaşıb

29 Oktyabr 2020 00:01 (UTC+04:00)

Prezident İlham Əliyev rəsmi "Twitter" səhifəsində 29 Oktyabr Türkiyənin Cümhurriyət Bayramı ilə bağlı təbrik edib.

SİA-nın məlumatına görə, Prezident İlham Əliyevin rəsmi "Twitter" səhifəsində edilən paylaşımda deyilir:

"Türkiyə Cümhuriyyət Bayramı. Bir millət, iki dövlət. Qardaş Türkiyə xalqını təbrik edirik!"