Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə PA

28 Oktyabr 2020 18:25 (UTC+04:00)

Ermənistan Bərdə şəhərində Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır. Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, mülki şəxsləri raket atəşinə məruz qoymaqla Ermənistan hərbi cinayət törədir: "Dünya ictimaiyyəti Yerevanı dərhal pisləməli və gec olmadan Ermənistanı dayandırmalıdır".

Administrasiyadan bildiriblər ki, Ankara əvvəllər olduğu kimi, sonadək qardaş Azərbaycanın yanında olacaq.