Təhlükəli macəraların, oyunların qurbanına çevrilən Paşinyan TƏHLİL

28 Oktyabr 2020 17:50 (UTC+04:00)

Nikol Paşinyanın ölkəni Facebook əhval-ruhiyyəsi ilə idarə etməsindən çox danışılır Ermənistan cəmiyyətində. Bildirilir ki, real vəziyyətdə olan Ermənistandan erməni baş nazir uzaqdır və internet havası onun hərəkətlərinin və addımlarının ölçü vahidinə çevrilib. Facebookdakı ermənilər nə istəyirlərsə, dövlət üçün ən təhlükəli qərar olsa belə, Nikol Paşinyan bunu edir. Əgər özü bunu istəmirsə, yalnız onda etmir.

Ümumiyyətlə, “qoltuğuna qarpız verilməsi” üçün Nikol əldən-ayaqdan gedir. Hər addımının və hər hərəkətinin cəmiyyət tərəfindən, daha doğrusu, Facebook istifadəçiləri tərəfindən həvəslə qəbul edilməsi üçün ən təhlükəli hadisələrə, hallara belə rəvac verər. Ermənistan üçün ən ağrılı hərbi vəziyyətdə də, bu müharibə günlərində də Paşinyan eyni prinsipləri rəhbər tutur. Paşinyan üçün əsas odur ki, Facebook səhifəsində onu izləyənlər var və onun pafoslu, populist çıxşlarını bəyənənlər çoxdur. Bir növ virtual aləmdə məskunlaşmışdı erməni baş nazir və ənəsas fikrin, sosial rəyin burada olduğu qənaətində idi. Amma sonda bərk yanıldığı qənaətinə özü hamıdan tez gəldi. Çünki, başı daşa dəydi.

Ermənistanın “ağrılı kompromislərə hazır olması” və Azərbaycanın Dağlıq Qarabağı təslim alması istəyi barədə canlı yayım erməni cəmiyyətini şoka saldı. Erməni xalqının yerinə xalqın “ağrılı kompromislərə hazır olması” barədə qərar verdi və bu da birmənalı qarşılanmadı. Çünki, onun hələ hansı “ağılla” qərar verdiyinə erməni cəmiyyəti əmin deyil. O, əlbəttə ki, qınaq da eşitdi. Hətta bəzi qüvvələr onu istefaya da çağırdı. Yeri gəlmişkən, bu çağırış heç də Nikol üçün keçici hesab oluna bilməz və hələ onun başında daha hansı məcaralar olduğunu gələcək göstərəcək.

Erməni hiyləgərliyinə xas olan tərzdə cəmi bir gün sonra Paşinyan yenidən “meydana atıldı” və “ağrılı” açıqlamalarının xarici auditoriyaya ünvanlandığını dedi. Əslində isə, o bunu deməklə, bir növ ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Daha dəqiq desək, öz dediklərini özü tamam başqa mənaya yozdu və çıxış yolu axtarmağa cəhd etdi. Təbii ki, bu hiyləgərliyini, onun öz üzərinə hədəflənən tənqidləri üzərindən uzaqlaşdırmaq taktikasını anlayanlar da oldu. Bir sözlə, erməni baş nazirin bəhanələr gətirməsi heç də vəziyyətdən çıxması anlamına gəlmir.

"Gedin qazanın, ayağa qalxın və zəfərinizi qurun”, deyən erməni baş nazir əslində, bunu çatdırmaq istəyir ki, onun məğlubiyyətlə barışmaq təklifinə narazı olanlar özləri gedib qələbəni təmin etsinlər. Bu populis öz rəkzibini belə bir də təkzib etdi ki, bunu da ermənilər yaxşı başa düşməlidirlər. Başa düşməlidirlər və qəbul etməlidirlər ki, onların Paşinyanın simasında ən pafosluları, ən populistləri belə məğlubiyyətləri ilə barışıb və məsuliyyəti onların üstünə atıb. Yəni, nəticənin acınacaqlı olduğu hamı tərəfindən qəbul olunan, etiraf olunan tarixdə deyəcək ki, onlara qalxıb zəfərlərini təmin etsinlər çağırışı etmişdi. Bir sözə, Nikolun cavab verəcəyi günü gördüyü artıq duyulur.

Hakimiyyəti, inqlab adı qoysa da, dövlət çevrilişi yolu ilə qamarladığı ilk gündən Paşinyan məcaralar axtarışında oldu. Bəlkə də küçə yürüşlərindən hakimiyyətə bir addımla keçid etdirilən, küçədəki yumruq zərbəsi almaqdan yumşaq baş nazir kreslosuna oturdulan, belindən çanta götürülərək əyninə diplomatik libas geyindirilən birinin məcaralara üstünlük verməsi hardasa başadüşüləndir. Bu adam Soros kimi “Şər iblisi”nin illüziyaları nəticəsindən bir anda 180 dərəcə dəyişdi. Yumruq, təpik zərbəsi alaraq qan içində küçələrdə gəzən Nikol dövlət vəsaitləri hesabına dünya ölkələrini diplomatik tərkibdə gəzməyə başladı. Ola bilsin ortada “sehrli çubuğun gücü” olduğunu da düşündü. Elə zənn etdi ki, ona nə etsə olar və düz, yaxıd səhv olmasında asılı olmayaraq qərarları hamısı onun siyasi dividentinə çevriləcək. Amma indi də olasa bu biçarə başa düşməlidir ki, boyük bir oyunun, şərin fitnəsinin qurbanına çevrilib və Soros kimi bir iblisin marianeti kimi ortaya atılıb.
Əlbəttə ki, İngiltərə banklarını bir gecədə çökdürən bir “iblis” üçün Ermənistan kimi cırtdan bir dövlətdə oyun düzəltmək, oranı da iflasa uğratmaq bir su içimi kimi işdir. Elə Nikol da bu oyunda ən qabaqda gedən oyunçu kimi özünü görürdü və görünür elə xalqın müvəqqəti alqışlarını, müvəqqəti tərəfdarların qazanılmasını da öz uğuru hesab edirdi. Bəlkə də buna görə qoltuğunda qarpı əmələ gəlmişdi və Facebook səhifəsində “qəhrəman obrazı” da bundan qaynaqlanmışdı.

Oyunun sonuna gəldi Nikol Paşinyan. Soros ola bilsin ki, öz iblis xislətinə iyğun olaraq beynində nə tutmuşdusa ona da nail oldu və bu barədə Nikola hesabat verəsi deyil. Onun Nikol kimi marianetləri yer üzündə çoxdur. Amma beli çantalı küçə nümayişçisi “şər iblisi” adlı şeytanın, bundan da ruhlanaraq elə özünün məcaralarının qurbanına çevrildi. İndi bu məcaraların sonunda, yekun nöqtəsindədir erməni baş nazir. Onun “ağrılı kompromislərə hazır olmaq” ifadəsi belə məsələnin nə yerdə olduğunun fərqində olmaq üçün yetərlidir və görünür Nikolun “ağrıları” başlayıb ki, zarıltısı da eşidilir.