Bərdəyə hücum Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə MMN

28 Oktyabr 2020 17:06 (UTC+04:00)

Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Bərdənin raketlərlə atəşə tutulması bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir. Bunu Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onu daha da cəsarətləndirir və həyasızlaşdırır: “Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur, bu isə cəzasız qalmamalıdır”.