"Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür"

28 Oktyabr 2020 15:28 (UTC+04:00)

Dağlıq Qarabağda Azərbaycan icmasının əslərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıdılması bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyinin ititilməsi məqsədi güdür.

SİA-nın məlumatına görə, bu fikirləri oktyabrın 28-də ADA Universitetində səfirlər üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərinə işğal edilmiş ərazilərmizdə 2625 abidə qeydə alınmışdı. Onların 706-sı dövlət tərəfindən mühafizə edilib. Xüsusi əhəmiyyətə malik olan bu mədəni tarixi abidələrin 11-i beynəlxalq əhəmiyyət, 240-ı ölkə əhəmiyyətli, 455 lokal əhəmiyyətlidir: “XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, bunu da gözə qum atmaq üçün istifadə edirlər”