Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

28 Oktyabr 2020 15:10 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

SİA-nın məlumatına görə, H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək: “Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.