Düşmən hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi

28 Oktyabr 2020 15:14 (UTC+04:00)

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.