Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev

28 Oktyabr 2020 14:09 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə yenidən "Smerç" raketi atıb, mülki şəxslər arasında ölənlərin olduğu deyilir. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

H.Hacıyev deyib: “Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır!”.