Düşmən Bərdə şəhərini raket atəşinə tutub, ölən və xəsarət alanlar var - MN - VİDEO

28 Oktyabr 2020 14:03 (UTC+04:00)

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Tvitter səhifəsində Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib: "Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".