Bəhruz Quliyev: “Erməni lobbisi öz kirli pulları hesabına terroru satın alır” FAKT

28 Oktyabr 2020 14:25 (UTC+04:00)

"Fransanın TF 1 televiziyasının jurnalisti Liseron Budulun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı və erməni terrorunun gerçəklərini ifşa edən reportajının ardınca ermənilərin onu ölüm təhdidi ilə hədələmələri, daha sonra sözügedən reportajın telekanaldan tamamilə silinməsi faktı əslində bir daha sübut edir ki, Azərbaycan dövləti terrorla və terrorçularla mübarizə aparır". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib.

Baş redaktorun sözlərinə görə, həmin fakt yalnız söz azadlığının boğulması anlamını daşımır, həm də terrorun mahiyyətini ortaya çıxarır: "Bəli, biz deyə bilərik ki, Ermənistanın terrorçu və hərbi-siyasi xunta rejimi onsuz da daxilində söz azadlığını, həqiqətləri boğur, gerçəkləri ifadə edən müxtəlif insanları həbslərə, işgəncələrə məruz qoyur və s. Amma burada daha bir amil istər terrorçu Ermənistan dövlətinin, istərsə də dünyaya yayılmış erməni lobbisinin terrorçu xislətinin həyasızcasına reziləsi ilə bağlıdır. Görün, vəziyyət nə həddə qədər inkişaf edib ki, nəinki Fransanın, o cümlədən dünyanın ən nüfuzlu TF 1 TV kanalı Azərbaycanın haqq səsini çatdıran reportajını telekanalın rəhbərliyinə köklü şəkildə sildirməyə məcbur edib. Yəni erməni lobbisi bununla öz kirli pulları hesabına hətta terroru satın alır. Buna başqa cür da da vermək doğru deyil.

Baxın, bu gün yalnız fransalı jurnalist Lideron Budul və onun fəaliyyət göstərdiyi telekanal deyil, eləcə də bir çox qaynar nöqtələrdən reportajlar hazırlayan digər xarici reportyorlar da Qarabağda erməni atəşlərinə məruz qalırlar. Misal üçün, "Euronews"un jurnalistlərinə tərəf açılan raket zərbəsi, hansı ki, xoşbəxtlikdən onlar bu hadisədən sağ-salamat qurtardılar, yaxud Türkiyədən olan reportyor və jurnalistlərin hədəfə alınmaları və s. kimi çoxsaylı hallar qeyd edilənlərə danılmaz sübutlardır.

Yaxud, biz Rusiya TV-lərində Solovyov kimi siyasi təlxəklərin, eyni zamanda bir sıra yazılı media qurumlarında özlərini erməni lobbisinin pul-paralarına təsilm edənlərin canfəşanlıqlarını izləyirik. Onlar da öz verlişlərinə, müsahibələrinə yalnız ermənipərəsət politoloqlarını, erməni mənşəli eksperlətini dəvət edərək, əslində Azərbaycan Ordusunun Qarabağ cəbhəsində əldə etdiyi ardıcıl, sürətli qələbələrindən daha da aqressiv hala düşdüklərini davranışları ilə isbatlayırlar. Hətta deyərdim ki, belələri həqiqətən də kənardan çox gülməli, təlxək obrazlarını ortaya qoyurlar. Bir sözlə, terroru, terrorçuları müdafiə etməklə, ölkəmizə qarşı media terrorunu yürütməyə cəhdlər göstərirlər".

"İndi sual edirik ki, nəyə görə beynəlxalq təşkilatlar - həmin təşkilatlar ki, söz azadlığından, ifadə azadlığından danışırlar, ən kiçik məişət hadisənini belə insan haqlarının pozulması kimi adlandırmaqla bizi ittiham edirlər, szöügedən hadisənin üzərindən susqunluqla keçirlər?", sualını edən Bəhruz Quliyev suallarını davam edib: "Hanı ATƏT-in Minsk qrupunun həmsədrləri, niyə onlar ermənilərin terrorçuluq məqsədi daşıyan təhdidlərinə səslərini qaldırmırlar? Hanı "Freedom House", ya da "Human Right Watch?", hası Qərbin demokratiya institutları? Yoxsa yalnız "Sərhədsiz reportyorlar" hadisə ilə bağlı etiraz səsini ucaltdı və bununla iş bitirmi? Axı sivil dünyada bir jurnalistin başının kəsilməsi ilə bağlı səslənən təhdid sabah başqalarının üzərində həyata keçirilə bilər və bunu ermənilər açıq-aydın ifadə və etiraf edirlər! Təəssüf ki, biz bir daha terrorçu bir dövlətin tərəfində dayanmaların şahidlərinə çevrilirik, amma bütün bunlara baxmayaraq terrorla mücadiləmiz davam edir və edəcək də".

Siyasi ekspert hesab edir ki, Ermənistan dövləti dinc şəhərlərimizi ballitik raketlərlə atəşə məruz qoymaqla, sivil vətəndaşlarımızı hədəfə almaqla, uşaqlarımızı öldürməklə, insanlarımızı qətlə yetirməklə hətta müəyyən dairələr tərəfindən dəstəklər alsa belə, yenə də öz qanlı arzularına çata bilməyəcək: "Çünki haqq, ədalət, deyərdim ki, İlhahi ədalət bizim - Azərbaycan dövlətinin, Azərbaycan xalqının yanındadır. Əlbəttə, bütün bunlar başa çatacaq, Qarabağımız qısa müddətdə işğalçı düşməndən azad olunur. Və mən sonda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa etdiyi müraciətindəki bir fikrini xatırlatmaq istərdim. O vuğuladı ki, bu gün bizim haqq səsimizə dəstək olanlar da, olmayanlar da hamısından xəbərdarıq və görürük. Bax, onda biz - qalib Azərbaycan xalqı və dövləti olaraq öz sözümüzü daha sərt və haqlı şəkildə deyəcəyik, terrorçu, işğalçı ölkəyə dəstək məqsədli davranışların da əlbəttə ki, hesabını soruşacağıq".