Xəzər rayonunda bir neçə ev qarət olundu

28 Oktyabr 2020 13:44 (UTC+04:00)

Xəzər rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən qrupun digər üzvü B.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini B.Hüseynov saxlanılıb.